Salah son durumunu açıqladı – ilk matçda oynayacaq?

Salah son durumunu açıqladı – ilk matçda oynayacaq?
DÇ-2018 10 İyun 2018 / 21:57 5030
-  A +

Misir millisinin hücumçusu Məhəmməd Salah son durumu haqda açıqlama verib.

Qol.az-n “Sport-eskpress”ə istinadən yaydığı xəbərə görə, “Liverpul”lu futbolçu Çempionlar Liqasının “Real”a qarşı final matçında çiynindən aldığı zədəni sağaltmaq üzrə olduğunu deyib: “Hiss edirəm ki, çiynim yaxşılaşır. Amma DÇ-də ilk matçda oynayıb-oynamayacağım hələ bilinmir”.

Salah Misir millisinin şansları haqda suala isə belə cavab verib: “Bu barədə indi danışmaq çox tez olar. Amma mən həqiqətən də inamlıyam. Uğur qazana bilərik”.

Xatırladaq ki, Misir A qrupunda Rusiya, Uruqvay və Səudiyyə Ərəbistanı ilə mübarizə aparacaq. Onlar ilk matçını iyunun 15-də Uruqvaya qarşı keçirəcək.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı