"Azərbaycan millisinin oyunçuları fərdi cəhətdən daha güclüdür"

"Azərbaycan millisinin oyunçuları fərdi cəhətdən daha güclüdür"
ÖLKƏ FUTBOLU 10 İyun 2018 / 13:25 4651
-  A +

“Səhvlər sonda məğlub olmağımızla nəticələndi. Hazırda Azərbaycanın yaxşı komandası var”.

Qol.az-ın məlumatına görə, bu sözləri Latviya yığmasının hücumçusu Artur Karaşauskas yerli mətbuata açıqlamasında deyib. Dünən yoldaşlıq oyununda millimizə 1:3 hesablı məğlubiyyəti şərh edən futbolçu qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb:

“Litva və Estoniya ilə müqayisədə onların oyunçuları fərdi cəhətdən daha güclüdür. Bu səbəbdən topa daha çox nəzarət edir, onunla yaxşı davranır və düzgün qərarlar verirdilər. Müntəzəm hücumlar qura bilməməyimizin səbəblərini açıqlamaq çətindir. Bəlkə bunu kənardan baş məşqçi daha yaxşı görüb. Ardıcıl iki qol öz oyunumuzu göstərmək istəyimizi “öldürə” bilərdi. Mümkün qədər tez qol vurmaq istəyirdik ki, bu da oyunumuza mane oldu”.

Karaşauskas oyundan sonra baş məşqçi Miksu Paatelaynenin əhvalının korlandığını da gizlətməyib: “Yaxşı əhval-ruhiyyədə deyildi. Oyunumuza görə əsəbləşmişdi. Bu, bizim zəif oynamağımızdan qaynaqlanırdımı? Ən yaxşısı özündən soruşun. O, nə demək lazım olduğunu daha yaxşı bilir”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın