"Komandada müsbətə doğru çox dəyişiklik gördüm” - Qurban Qurbanov

"Komandada müsbətə doğru çox dəyişiklik gördüm” - Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 9 İyun 2018 / 22:17 8242
-  A +

"10 gün ərzində 3 oyun keçirdik. Qazaxıstana məğlubiyyətdən sonra istəyirdik, komanda tam hazır olsun. Çox hərəkətli komandaya qarşı oynadıq. Futbolçularımın oyunundan, göstərdikləri xarakterdən razı qaldım".

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu sözləri millimizin baş məşqçisi Qurban Qurbanov Riqada Latviyaya 3:1 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra deyib.

"Buraxılan qola gəlincə, hesab 3:0 olanda bir çox futbolçuda adətən bir qədər arxayınlıq ola bilər. Bu, daha çox texniki səhv oldu. Son dəqiqələrdə rəqib də hücumda çoxaldı. Amma istəməzdim ki, son anlarda qol buraxaq" - deyə o bildirib.

Q.Qurbanovun sözlərinə görə, komandada müsbətə doğru dəyişikliklər görüb: "Komandanın start heyəti təxmini var. Heç bir görüşdə tam heyətlə oynamamışıq. Çünki futbolçuların formasından da çox şey asılı olacaq. Rəqibdən asılı olaraq, heyət dəyişə bilər. Yoxlama görüşlərində futbolçuları yoxlamaq mənim üçün çox vacib idi. Komandada müsbətə doğru çox dəyişiklik gördüm".

Millimizin baş məşqçisi UEFA Millətlər Liqasının çətin olacağını vurğulayıb: "İstəyirəm, komanda o oyunlara tam hazır olsun. Bizi həmin turnirdə maraqlı qarşılaşmalar gözləyir".

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı