Sadıq Sadıqov: "Kim "Neftçi"yə qayıtmaq istəyirsə, gözüm üstə yeri var"

Sadıq Sadıqov: "Kim "Neftçi"yə qayıtmaq istəyirsə, gözüm üstə yeri var"
XƏBƏR 13 May 2010 / 18:57 2222
-  A +

"Nefftçi"nin prezidenti Sadıq Sadıqov Azərbaycan yığmasında da çıxış edən “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev, eləcə də Hans-Yurgen Gedenin baş məşqçi olduğu vaxt “Neftçi”dən uzaqlaşdırılan futbolçuları “Qarabağ”dan geri qaytaracaqlarına dair xəbərlərə aydınlıq gətirib. “Yığmamızın əsas qapıçısı olan Kamran Ağayevin “Neftçi”yə gəlişi fərəhli hal olardı. Amma onunla danışıqlar aparmamışıq. “Neftçi” “xalq komandası” olduğu üçün kollektivi imkan daxilində milliləşdirmək istəyirik. Kim komandamıza qayıtmaq istəyirsə, gözüm üstə yeri var. İyunun 1-dən bazamızda 15 günlük “açıq qapı” elan edəcəyik. “Neftçi”də çıxış etməyi arzulayan futbolçular gələ bilərlər”.

Sadıq Sadıqov 2010-2011-ci il mövsümündə “Neftçi”nin böyük hədəflər uğrunda mübarizə aparacağını da əlavə edib.

Mənbə: lent.az


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord