“Barselona” İbrahimoviçlə yollarını ayırmağa qərar verdi

“Barselona” İbrahimoviçlə yollarını ayırmağa qərar verdi
DÜNYA FUTBOLU 13 May 2010 / 18:46 2439
-  A +

“Barselona” rəhbərliyi isveçli hücumçu Zlatan İbrahimoviçi transferə çıxarıb. Qol.Az-ın məlumatına görə, kataloniyalılar ötən yay İtaliya “İnter”indən alınan 29 yaşlı futbolçuyla yollarını ayırmağa qərar verib. Klub prezidenti Xuan Laporta İbrahimoviçin agentinə yeni klub tapmağı məsləhət verib. Zlatana görə 40 milyon funt sterlinq ödəyən klub onu transfer edə bilər. Ucaboylu hücumçuya əsasən “Çelsi” və “Mançester Siti” klubları maraq göstərir. Futbolçunun hansı kluba üstünlük verəcəyi isə hələlik dəqiq deyil.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı