“Neftçi”nin futbolçuları komandalarından “imtina etdilər”

“Neftçi”nin futbolçuları komandalarından “imtina etdilər”
XƏBƏR 13 May 2010 / 16:44 2391
-  A +

Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, SSRİ idman ustası, SSRİ-nin əməkdar məşqçisi, professor Ələkbər Məmmədovun 80 illik yubileyi ilə əlaqədar AFFA tərəfindən bir sıra tədbirlər keçiriləcək. Mayın 14-də, saat 14:00-da «Şəfa» stadionunda «Neftçi»nin veteranları ilə keçmiş SSRİ yığmasının üzvləri arasında təşkil olunacaq yoldaşlıq oyunu da bu tədbirlərdən biridi. Lakin Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, Lakin «Neftçi»nin veteranlardan ibarət komandasının ilkin açıqlanan heyətində bir sıra dəyişiklər edilib. Səttar Əliyev, Bəxtiyar Musayev, Qurban Qurbanov, İqor Getman, Asif Əliyev və Səmədağa Şıxlarov müəyyən səbəblərdən bu oyunda meydana çıxa bilməyəcək. Əvəzində Elxan Abdullayev, Emin Salmanov və Nazim Əliyev görüşdə iştirak edəcək. Komandaya isə Səməd Qurbanovla yanaşı Telman Əzizov məşqçilik edəcək. «Neftçi»nin heyətini bir daha diqqətinizə çatdırırıq:
Cəmaləddin Əliyev, Faiq Əzizov, Elxan Həsənov, İskəndər Cavadov, Maşallah Əhmədov, Asim Xudiyev, Oqtay Abdullayev, Musa Qurbanov, Təbriz Həsənov, Vəli Qasımov, Arif Əsədov, İlqar Hüseynov, Elmir Xankişiyev, Yaşar Hüseynov, Mahir Musayev, Şamo Hüseynov, Elxan Abdullayev, Emin Salmanov, Nazim Əliyev
Məşqçilər: Səməd Qurbanov, Telman Əzizov

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord