“Muğan” mövsümün son oyununa “Ədliyyə”də hazırlaşır

“Muğan” mövsümün son oyununa “Ədliyyə”də hazırlaşır
XƏBƏR 13 May 2010 / 16:21 1548
-  A +

“Muğan” mövsümün ən son oyununda qarşılaşacağı “Olimpik –Şüvəlan”la görüşə hazırlığı davam etdirir. Qol.Az-ın məlumatına görə, mayın 16-da saat 17.15 də baş tutacaq qarşılaşmaya Bakıda - “Ədliyyə” stadionunda hazırlaşan “ağ-qırmızılar”ın düşərgəsində əhval-ruhiyyə yüksəkdi. Salyan təmsilçisi son oyunda da qələbə qazanmaqla mövsümü major notlarla bitirmək iddiasındadı. Xatırladaq ki, tərəflərin son görüşü aprelin 10-da Salyan Olimpiya Kompleksinin Stadionunda baş tutmuşdu və həmin qarşılaşmada ev sahibi “Muğan” 2:1 hesabı ilə inamlı qələbə qazanmışdı.


Son xəbərlər