“Bakı”nın sabiq baş məşqçisindən Raykaarda kəskin etiraz

“Bakı”nın sabiq baş məşqçisindən Raykaarda kəskin etiraz
XƏBƏR 13 May 2010 / 14:44 1958
-  A +

“Qalatasaray”ın baş məşqçisi Frank Raykaardın “heyətimiz yetərli deyil” sözləri Türkiyədə bəzi futbol adamları tərəfindən kəskin etirazla qarşılanıb. Qol.Az-ın qardaş ölkə mətbuatına istinadən məlumatına görə, buna ən kəskin reaksiya verənlərdən biri də “Bakı”nın keçmiş çalışdırıcısı Bülənt Qorxmazdan gəlib. “Cim Bom”un əfsanə futbolçusu və sabiq baş məşqçisi mövsümün əvvəlində məhz onun yerinə gətirilən hollandiyalı mütəxəssisin ünvanına ciddi tənqidlər söyləyib: “Siz “Qalatasaray”da heyət yetərsizdi dediyiniz zaman milli komandanın formasını geyən 6-7 futbolcunu niyə unudursuz? Üstəlik Türkiyənin ən səviyyəli yerli oyunçuları “Qalatasaray”dadı. Əcnəbi oyunçular üçün bu qədər pul xərclənilirsə, heyət yetərsiz demək doğru deyil. “Qalatasaray”ın gördüyü, görəcəyi iş bəllidi”.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı