Belçika Rusiyaya bu heyətlə gedir - DÇ-2018

Belçika Rusiyaya bu heyətlə gedir - DÇ-2018
DÇ-2018 4 İyun 2018 / 13:07 5618
-  A +

Belçika millisinin DÇ-2018 üçün 23 nəfərlik yekun heyəti müəyyənləşib.

Qol.az-ın Belçika Futbol Federasiyasının rəsmi Tvitter səhifəsinə istinadən yaydığı xəbərə görə, heyətdə aşağıda adları qeyd olunan futbolçular yer alıblar:

Qapıçılar: Tibo Kurtua ("Çelsi", İngiltərə), Simon Minyole ("Liverpul", İngiltərə), Kun Kastels ("Volfsburq", Almaniya);

Müdafiəçilər: Tobi Alderveyreld ("Tottenhem", İngiltərə), Dedrik Boyata ("Seltik", Şotlandiya), Vensan Kompani ("Mançester Siti", İngiltərə), Toma Menyee ("PSJ", Fransa), Tomas Fermalen ("Barselona", İspaniya), Yan Fertongen ("Tottenhem", İngiltərə);

Yarımmüdafiəçilər: Yannik Ferreyra-Karrasko ("Dalyanğ İfan", Çin), Naser Şadli ("Vest Bromviç", İngiltərə), Kevin de Breyne ("Mançester Siti", İngiltərə), Musa Dembele ("Tottenhem", İngiltərə), Leander Dendonker ("Anderlext"), Maruan Fellaini ("Mançester Yunayted", İngiltərə), Torqan Azar ("Borussiya" M, Almaniya), Adnan Yanuzay ("Real Sosyedad", İspaniya), Yuri Tilemans ("Monako", Fransa), Aksel Vitsel ("Tyantszin Syuanszyan", Çin);

Hücumçular: Mişi Batşuayi ("Borussiya" D, Almaniya), Romelu Lukaku ("Mançester Yunayted", İngiltərə), Dris Mertens ("Napoli", İtaliya), Eden Azar ("Çelsi", İngiltərə).

Belçika millisi qrup mərhələsində Panama (18 iyun), Tunis (23 iyun) və İngiltərə (28 iyun) ilə mübarizə aparacaq. DÇ-2018 14 iyun-15 iyul tarixlərində Rusiyada keçiriləcək.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı