“Neftçi”nin iki oyunçusu Moldova yolunda

“Neftçi”nin iki oyunçusu Moldova yolunda
XƏBƏR 13 May 2010 / 13:53 1948
-  A +

"Neftçi"nin 2 futbolçusu - Eşqin Quliyev və Tərlan Quliyev Moldovaya gedir. Qol.Az-ın paytaxt klubunun rəsmi internet saytına istinadən məlumatına görə, onlar Azərbaycanın 21 yaşlılardan ibarət milli komandasına dəvət olunub. Hər iki oyunçu 22-24 may aralığında Bakıda, 25-28 may aralığında isə Moldovada keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək. Mayın 27-də Azərbaycan və Moldova yığmaları Kişinyovda yoldaşlıq görüşü çərçivəsində üz-üzə gələcəklər. Eşqin Quliyev və Tərlan Quliyev Moldovadan qayıtdıqdan sonra mayın 31-dək milli komandanın düşərgəsində olacaqlar.


Son xəbərlər