Ronaldodan “Real”a ağlasığmaz tələb

Ronaldodan “Real”a ağlasığmaz tələb
DÜNYA FUTBOLU 3 İyun 2018 / 13:00 11252
-  A +

“Real”ın futbolçusu Kriştiano Ronaldo Madriddə daha üç il qalmaq üçün ağır şərtlər irəli sürüb.

Qol.az-ın “Corriero dello sport”a istinadən yaydığı xəbərə görə, o, maaşının düz dörd dəfə artırılmasını tələb edib. Portuqaliyalı hücumçu hazırda qüvvədə olan və 2021-ci ildə başa çatacaq müqaviləyə əsasən, illik 21 milyon avro qazanır.

Ronaldo agenti Jorje Mendeşdən xahiş edib ki, “Real” prezidenti Florentino Pereslə görüşdə ona şətlərini irəli sürsün. Portuqaliyalı hücumçu ilinə 80 milyon avro olmaqla 3 illik yeni müqavilənin bağlanmasını istəyir. Əgər müqavilə imzalansa, bu, “Kral klubuna” 240 milyon avroya başa gələcək.

Qeyd edək ki, Çempionlar Liqasının “Liverpul”a qarşı matçından sonra Ronaldo “Real”dan gedə biləcəyinə işarə vurub.

Məlumata görə, PSJ ona illik 45 milyon avroluq müqavilə təklif edib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord