SSRİ-nin futbol ulduzları Bakıda

XƏBƏR 13 May 2010 / 13:37 1969
-  A +

Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, SSRİ idman ustası, SSRİ-nin əməkdar məşqçisi, professor Ələkbər Məmmədovun 80 illik yubileyi ilə əlaqədar AFFA tərəfindən bir sıra tədbirlər keçiriləcək. Qol.Az-ın assosiasiyanın rəsmi internet saytına istinadən məlumatına görə, mayın 14-də, saat 14:00-da «Şəfa» stadionunda «Neftçi»nin veteranları ilə keçmiş SSRİ yığmasının üzvləri arasında yoldaşlıq oyunu təşkil olunacaq. Həmin gün saat 10:00-da Rusiyadan, Ukraynadan və Gürcüstandan gələn futbol veteranları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Saat 11:30-da isə «Neftçi»nin veteran futbolçuları və SSRİ yığmasının üzvləri 239 saylı orta məktəbdə şagirdlər üçün master-klass keçəcəklər.
Yubileylə əlaqədar keçiriləcək yoldaşlıq oyununda iştirak edəcək futbol veteranlarının siyahısını diqqətinizə çatdırırıq:
«Neftçi»: Cəmaləddin Əliyev, Faiq Əzizov, Elxan Həsənov, İskəndər Cavadov, Maşallah Əhmədov, Asim Xudiyev, Oqtay Abdullayev, Səttar Əliyev, Musa Qurbanov, Qurban Qurbanov, Bəxtiyar Musayev, Təbriz Həsənov, Vəli Qasımov, İqor Getman, Arif Əsədov, İlqar Hüseynov, Elmir Xankişiyev, Yaşar Hüseynov, Mahir Musayev, Şamo Hüseynov, Asif Əliyev, Səmədağa Şıxlarov.
Baş məşqçi: Səməd Qurbanov
SSRİ yığması: Valeri Novikov, Dmitri Kuznetsov, Axrik Sveyba, Dmitri Kudinov, Aleksandr Şmarko, Aleksandr Panov, Mixail Markin, Arkadi Belıy, Albert Oskolkov, Sergey Kiryakov, Vladimir Semikin, Yeqor Titov, Marat Abyanov, İqor Dobrovolski, Viktor Losev, Sergey Zubanov, Vladimir Morozov, Valeri Butenko, Yuri Kuznetsov, Sergey Kotrikadze, Murtaz Xurtsilava, Aleksandr Çivadze, Andrey Buba, Leonid Buryak, Anatoli Demyanenko.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı