Vlastimil Petrjela yenə qovuldu

Vlastimil Petrjela yenə qovuldu
XƏBƏR 13 May 2010 / 12:58 1987
-  A +

“Neftçi”nin sabiq baş məşqçisi Vlastimil Petrjela yenidən işsiz qalıb. Qol.Az-ın məlumatına görə, 57 yaşlı mütəxəssis vətəni Çexiyada çalışdırdığı “Viktoriya” ilə yollarını ayırıb. Ötən ilin yayında Petrjela ilə müqavilə bağlayan Jijkov klubu baş məşqçini müqavilənin şərtlərini yerinə yetirilmədiyi üçün vəzifəsindən kənarlaşdırıb. İkinci divizionda mübarizə aparan “Viktoriya” ilə məşqçi arasında anlaşmaya görə, “Neftçi”nin keçmiş çalışdırıcısı klubu birinci diviziona yüksəltməli idi. Lakin mövsümün sonuna 4 tur qalmış liderdən 19 xal geri qalan komandanını çalışdırıcısı bu vəzifənin öhdəsindən gəlməməklə müqavilənin şərtlərinə əməl edə bilməyib.


Son xəbərlər