“Qızıl dubl”a görə onlara Azərbaycan reallığında yetərincə yüksək məbləğ veriləcək”

“Qızıl dubl”a görə onlara Azərbaycan reallığında yetərincə yüksək məbləğ veriləcək”
ÖLKƏ FUTBOLU 13 May 2010 / 12:48 2268
-  A +

“Bakı” ilə oyuna hazırlığımızı davam etdiririk. Təbii ki, “qızıl dubl” əsas hədəfimizdi. Ötən tur uduzsaq da, əhval-ruhiyyəmizi bərpa etmişik. Həmin matçda baş verənləri, hakim xətalarını unutmağa çalışırıq. “Bakı” ilə danışığa getməyimiz haqda söylənilənlərin isə heç bir əsası yoxdu”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov söyləyib.
Komandasının son turda və kubok oyununda paytaxt klubuyla danışıqlara gedəcəyi haqda söhbətlərə münasibət bildirən “ağ-yaşıllı” klub rəsmisi daha sonra bunları əlavə edib: “Biz belə şeyə necə razı ola bilərik? Uduzsaq, çempionluqdan məhrum ola bilərik. Belə söhbətləri çıxaranlar klublar arasında yersiz gərginlik yaratmaq istəyir. Digər tərəfdən, klubumuzun rəhbərliyi çempionluq və kuboku qazanmağa görə müəyyən mükafat ayırdığını futbolçulara açıqlayıb. Hər iki titulu qazanmağa, yəni “qızıl dubl”a görə, onlara Azərbaycan reallığında yetərincə yüksək məbləğ veriləcək. Yəni futbolçular üçün motivasiya, stimul var. “Xəzər Lənkəran” kubokun finalında da sona kimi döyüşəcək”.

Mənbə: "Futbol+" qəzeti

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord