“Xəzər Lənkəran”ın braziliyalı oyunçusu geri döndü

“Xəzər Lənkəran”ın braziliyalı oyunçusu geri döndü
XƏBƏR 13 May 2010 / 12:21 2128
-  A +

"Xəzər Lənkəran"ın braziliyalı yarımmüdafiəçisi Junior Osvaldo (Juninyo) Azərbaycana qaydıb. Qol.Az-ın məlumatına görə, yarımmüdafiəçi dünən "Bakı" ilə oyuna hazırlaşan komandasınnı düşərgəsinə baş çəkib. Komandasının məşqini kənardan izləyən Juninyo hazırlıq prosesi bitəndən sonra azarkeşlərlə şəkil çəkdirib. O, sağlamlığı ilə bağlı suallara "yaxşı olacaq" deyə cavab verib.
Qeyd edək ki, bir müddətdir zədəli olan futbolçu üçün artıq mövsüm başa çatıb. Məhz bu üzdən o, zədəsini müalicə etmək üçün vətəninə yollanmışdı. Lakin legioner futbolçunun yaşıl meydana nə vaxt dönəcəyi hələ dəqiq deyil.


Son xəbərlər