Zeynal Məmmədov: “Uduzmağı ağlımıza belə gətirmirik”

Zeynal Məmmədov: “Uduzmağı ağlımıza belə gətirmirik”
ÖLKƏ FUTBOLU 13 May 2010 / 12:03 2130
-  A +

“Titulu qorumaq şansımız var. Ancaq etiraf edək ki, ümid azdı. Məsələyə real baxmaq lazımdır. Çünki taleyimiz öz əlimizdə deyil”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Futbol+”ə açıqlamasında “Bakı”nın vitse-prezidenti Zeynal Məmmədov söyləyib.
Z.Məmmədov “Bakı”nın “Xəzər Lənkəran”la danışıqlara gedəcəyi haqda söz-söhbətlərə münasibət bildirərkən, bunları açıqlayıb: “Yayılan söz-söhbətlərin heç bir əsası yoxdu. Biz “Xəzər Lənkəranl”la matçda yalnız qələbə haqda düşünürük. Uduzmağı ağlımıza belə gətirmirik. Doğrudur, məğlub olacağımız təqdirdə avroliqaya ikinci mərhələdən başlamağımız rəsmiləşəcək. Əsas vəzifənin - avrokuboklara vəsiqənin öhdəsindən gəlmişik, ikinci mərhələdən başlamaq da pis olmazdı. Amma sırf bu üzdən danışığa gedəcəyimizi və ya uduzacağımızı düşünməyin. Artıq söz deməyə ehtiyac yoxdu, hər şeyi özünüz görəcəksiz. “Bakı” hər mövsüm ən azı bir titul qazanmağı qarşısına məqsəd qoyur. Yəni ən pis halda belə kubok qalibi olmaq üçün sonadək döyüşəcəyik”.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı