“Bakı” “Xəzər Lənkəran”la oyuna itkilərlə yollanacaq

XƏBƏR 13 May 2010 / 11:36 1986
-  A +

“Bakı” Unibank Premyer Liqasının son turu çərçivəsində “Xəzər Lənkəran”a qarşı səfər oyununa hazırlığını davam etdirir. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən məlumatına görə, baş məşqçi Cüneyt Biçərin başçılığı altında komandanın bütün üzvləri tapşırıqları yerinə yetirir. Zədəli Fabio Luis Ramim və Kürşat Duymuş fərdi proqram üzrə çalışır. Vyaçeslav Sofroni də zədəlidir. Amma onun məşq etməsi üçün zamana ehtiyac var. Bu azmış kimi moldovalı hücumameylli oyunçu 4 sarı vərəqə aldığından Lənkərana getməyəcək.
Xatırladaq ki, Unibank Premyer Liqasının XXXII turunun “Xəzər Lənkəran” – “Bakı” oyunu mayın 15-də Lənkəran şəhər stadionunda keçiriləcək. Oyun saat 17.15-də başlanacaq.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki