"Atletiko" Avropa Liqasının qalibi oldu!

"Atletiko" Avropa Liqasının qalibi oldu!
DÜNYA FUTBOLU 13 May 2010 / 02:14 2203
-  A +

UEFA Avropa Liqası yeni adı ilə ilk sahibini bu gecə oynanan matçla tapıb. Qol.Az-ın məlumatına görə, İspaniyanın "Atletiko" və İngiltərənin "Fulhem" komandaları arasında Almaniyanın Hamburq şəhərində yerləşən "Nordbank Arena"da keçirilən matçın əsas vaxtında qalibi müəyyən etmək mümkün olmayıb. Oyunun əsas vaxtı Forlan və Devisin qarşılıqlı qolları nəticəsində 1:1 hesabı ilə başa çatdığından 30 dəqiqəlik əlavə vaxt təyin edilib. İtaliyalı hakim Nikola Rizollinin idarə etdiyi matçın əlavə vaxtında Madridin "Atletiko" komanadası 115-ci dəqiqədə Forlanın vurduğu daha bir qol sayəsində hesabda önə keçməklə Avropa Liqasının 2009-2010 mövsümünün qalibi adını qazanıb.

Bununla Madrid təmsilçisi 48 illik aradan sonra Avropa kubokunu qazanıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord