“Araz”ın oyunu yarımçıq dayandırıldı

“Araz”ın oyunu yarımçıq dayandırıldı
XƏBƏR 12 May 2010 / 18:56 1654
-  A +

Ölkə kubokunun finalçıları məlum olub. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, bu gün futzal üzrə ölkə kubokunun yarımfinal mərhələsinin oyunları keçirilib. “Neftçi” “Azmetko”nu 8:6 hesabı ilə məğlubiyyətə uğradaraq, həlledici oyuna vəsiqə qazanıb. “Araz” – “Ekol” oyunu isə başa çatmayıb. Qarşılaşmanın 15-ci dəqiqəsində, son ölkə çempionu “Araz”ın 6:0 hesabı ilə irəlidə olduğunu görən rəqib komanda oyunu davam etdirməkdən imtina edib.
Qeyd edək ki, kubokun finalı mayın 14-də, saat 17:00-da Bakı İdman Sarayında keçiriləcək.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"