Joze Karlos: “Qarabağ”la oyundan yaxşı nəticə gözləyirəm”

Joze Karlos: “Qarabağ”la oyundan yaxşı nəticə gözləyirəm”
XƏBƏR 12 May 2010 / 18:37 2003
-  A +

"Qarabağ"la oyundan yaxşı nəticə gözləyirəm. Çünki çoxdandır biz bu komandanı məğlub edə bilmirik. "Neftçi" böyük klubdur, mütləq yaxşı hazırlaşıb, qələbə qazanmalıyıq. Çoxları "Qarabağ"la qarşılaşmanın vacib olmadığını düşünürlər, ancaq şəxsən mənim üçün növbəti oyun böyük əhəmiyyət kəsb edir". Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu Joze Karlos klubun rəsmi saytına açıqlamasında deyib.
Unibank Premyer Liqasının son turuna ciddi hazırlaşdıqlarını söyləyən braziliyalı hücumçu 2010/11 mövsümü barədə nikbin fikirdədir. O bildirib ki, flaqman gələn çempionatda qızıl medallara sahib çıxacaq: "Mənə elə gəlir ki, komandamızda yaxşı heyət formalaşdırılacaq. "Neftçi" 3-4 il idi ki, belə bir dəyişikliyə hazırlaşırdı. Rəhbərlik mənə inanıb, heyətdə saxladı. Təbii ki, məndə rəhbərlik və azarkeşlər önündə mənəvi borcumu yerinə yetirmək istəyirəm. İnanıram ki, gələn il məhz "Neftçi" çempionluğu bayram edəcək".


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord