"Zirə" Ayxan Abbasovla bağlı qərar verdi

"Zirə" Ayxan Abbasovla bağlı qərar verdi
ÖLKƏ FUTBOLU 26 May 2018 / 18:52 5057
-  A +

Ayxan Abbasovun “Zirə”dəki taleyinə aydınlıq gəlib.

Klubdan Qol.az-a verilən məlumata görə, rəhbərlik gənc mütəxəssislə yola davam etmək qərarı verib. Bildirilib ki, klubun Avroliqaya vəsiqə əldə edib-etməyəcəyindən asılı olmayaraq, A. Abbasov vəzifəsində qalacaq.

Qeyd edək ki, “Zirə”nin Avroliqada iştirakı kubokun final oyununun nəticəsindən asılıdır.Əgər “Qəbələ” həlledici görüşdə “Keşlə”ni məğlub etsə, Topaz Premyer Liqanı 4-cü sırada bitirən “Zirə” növbəti mövsümdə ölkəmizi avrokuboklarda təmsil edəcək.

Daha çox


Son xəbərlər