“Xəzər Lənkəran”ın hücumçusunun DÇ-yə getməyəcəyi dəqiqləşdi

“Xəzər Lənkəran”ın hücumçusunun DÇ-yə getməyəcəyi dəqiqləşdi
XƏBƏR 12 May 2010 / 17:13 1841
-  A +

Honduras yığmasının Azərbaycanla yoldaşlıq görüşü üçün heyəti açıqlanıb. Qol.Az-ın məlumatına görə, baş məşqçi Reynaldo Rueda DÇ-2010 üçün açıqladığı 23 nəfərlik heyəti iyunun 2-də yığmamızla Avstriyadakı yoldaşlıq oyununda sınayacaq.
Son heyətin açıqlanması ilə “Xəzər Lənkəran”ın honduraslı hücumçusu Allan Lalinin munduala getməyəcəyi dəqiqləşib. Cari mövsümdən ölkəmizdə oynayan yeganə honduraslı DÇ-2010-da iştirak edəcəyinə ümid etsə də, bu, alınmayıb. İki gün sonra Almaniyaya təlim-məşq toplanışına yollanacaq Honduras yığması mayın 25-də Avstriyaya üz tutacaq. İyunun 8-də orada məskunlaşacaq Ruedanın komandası millimizlə yanaşı, Belarus, Şimali Koreya və Rumıniya yığması ilə yoldaşlıq görüşü keçirəcək. Honduras millisinə dəvət alan futbolçuların tam siyahısı isə belədi:
Qapıçılar: Rikardo Kanales (“Motaqua”), Noel Valladares, Donis Eskober (hər ikisi “Olimpiya”); müdafiəçilər: Serjio Mendoza, Emilio İsaqirre (hər ikisi “Motaqua”), Viktor Bernandes (“Anderlext”, Belçika), Maynor Fiqeroa (“Viqan”, İngiltərə), Oskar Qarsiya, Conni Palasios (hər ikisi “Olimpiya”), Maurisio Sabillon (“Xançjozu”, Çin), Osman Çaves (“Platense”); yarımmüdafiəçilər: Edqar Alvares (“Bari”, İtaliya), Jilio Sezar de Leon (“Torino”, İtaliya), Rocer Espinoza (“Kanzas Siti”, ABŞ), Amado Qevara (“Motaqua”), Ramon Nunyes (“Unirea”, Rumıniya), Danilo Tursios (“Olimpiya”), Uilson Palasios (“Tottenhem”, İngiltərə), Nendri Tomas (“Viqan”, İngiltərə); hücumçular: David Suaso (“Cenoa”, İtaliya), Corc Uelkom (“Motaqua”), Karlos Pavon (“Real Espanyol”), Valter Martines (“Maraton”)


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"