Finalın hakimləri müəyyənləşdi

Finalın hakimləri müəyyənləşdi
ÖLKƏ FUTBOLU 26 May 2018 / 17:32 3236
-  A +

“Keşlə” və “Qəbələ” klubları arasında keçiriləcək Azərbaycan Kubokunun final oyununun hakim təyinatları müəyyənləşib.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, həlledici matçı Rauf Cabbarov idarə edəcək. Ona yan xətdə Nahid Əliyev və Knyaz Əmiraslanov kömək edəcək. Dördüncü hakim isə FİFA referisi Əliyar Ağayev olacaq.

Qeyd edək ki, mayın 28-də Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər