"Xahiş edirəm, “Liverpul”u udun. Xahiş edirəm!"

"Xahiş edirəm, “Liverpul”u udun. Xahiş edirəm!"
XƏBƏR 26 May 2018 / 16:38 7446
-  A +

İngiltərə millisinin sabiq üzvü Devid Bekhem Çempionlar Liqasının final oyunu öncəsi “Real”ın baş məşqçisi Zinəddin Zidana xahişlə müraciət edib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, sabiq “Real”lı Zidandan  bu gün “Liverpul”u udmalarını istəyib:

“Mən Zizunu təbrik etmək istəyirəm. O, dahi oyunçu idi. İndi də dahi məşqçidir. Uğurları inanılmazdır. Əsl rəhbərdir. Ona uğurlar arzulayıram və xahiş edirəm, “Liverpul”u udun. Xahiş edirəm”.

Qeyd edək ki, bu gün Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək “Real” – “Liverpul” oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın