“Liverpul”un yarımmüdafiəçisi Məhəmməd Salah bu gün Çümpionlar Liqasının “Real”a qarşı keçiriləcək oyunu ilə bağlı fikirlərini açıqlayıb.
Qol.az-ın xəbərinə görə, misirli futbolçu UEFA-nın saytına müsahibəsində bir sıra məqamlara toxunub.
“Bilmirəm fikrimi necə izah edim. Çempionlar Liqasının finalında qələbə heç nəyə bənzəməz. Həyəcanlıyam. Mən arzuma çatmışam. Klubda və şəhərdə hamı bu oyunu gözləyir. Yadımdadır, vaxt vardı bir neçə il əvvəl mən finala, stadiodakı ab-havaya Misirdə televizorda baxırdım” – deyə o, bildirib.
“Real” haqda
“Onlar ÇL-i hamıdan çox udublar. Son 4 ildə isə 3 dəfə bu mükafatı qazanıblar. Təcrübəsi çoxdur. Amma final iki deyil, bir oyundan ibarətdir. Ona görə də biz oyuna köklənib keçmişə baxmamalıyıq. Oyun başlayanda hamı o fikirlə barışır ki, hər iki komandanın heyətində 11 futbolçu var”.
Yurgen Klopp haqda
“O sənə azadlıq verir ki, nə istəyirsən et. Amma əlbəttə, onun da dediklərini yerinə yetirmək lazımdır. Buna baxmayaraq, sən sərbəst halda oyununu oynaya bilərsən. O, futbolçuları inandırmağı bacarır. Ona görə də meydanda rahatıq. Belə yanaşma dünyada hər bir futbolçuya kömək edər. Əgər sənin özünün də azadlıq hissin varsa, o zaman istədiyini həyata keçirə bilərsən. Kloppun gücü həm də budur. Biz hər birimiz özümüzə inanırıq. Ona görə də çox qol vururuq. Klopp təkcə mənə deyil, bütün komanda yoldaşlarıma dostdur”.
“Liverpul”u komanda ruhu haqda
“Hamımız dostuq. Oyunçuların əksəriyyəti vaxtının çoxunu birgə keçirir. Adətən, axşam yeməyini birgə yeyirik, yaxud digər məsələlər. Bu, oyun zamanı bizə kömək edir. Biz bir-birimizə möhkəm yaxınlaşmışıq. Oyun üslubumuz dəyişib. Artıq təkcə əks-hücumlar etmirik. Xüsusilə son aylar komanda oyunu göstərməyə çalışırıq”.
Özü haqda
“Uğura getməyimin yolu dayanmadan işləməyim oldu. Əsas odur ki, bu formamı növbəti mövsümdə də saxlayım. Bilirəm ki, çətin olacaq. Amma bu, məni qorxutmur. Çünki mən artıq çətinliyin öhdəsindən gəlmişəm. Hələliksə bizi ÇL-in finalı gözləyir və indi o haqda düşünməliyəm. Növbəti mövsüm heç yana qaçmır. Ona görə də Kievdəki oyundan həzz almaq lazımdır. Həmişə belə səviyyədə oynayacağıma əmin olmuşam. “Roma”da iki yaxşı keçirdim. Məni orda qalmağa razı salmaq istəyirdilər. Amma İngiltərəyə getməyi düşünürdüm. Bilirdim ki, orada məhsuldar oynaya biləcəyəm”.
Kumirləri haqda
“Totti, Ronaldo və Zidan. Onlar öz oyun tərzləri ilə heç kimə bənzəməyiblər”.
Roberto Firmino və Sadyo Mane haqda
“Vacib olan qol vurmaqda bir-birimizə kömək etməkdir. Bunu kimin edəcəyi vacib deyil. Bizə qalib gəlib, xal qazanmaq lazımdır. Baxın, ÇL-də mən və Firmino 10, Sadyo isə 9 qol vurub. Yəni göstəricilərimiz eynidir. Biz paxıl və eqoist deyilik. Çalışırıq ki, qol vuraq bunda bir-birimizə kömək edək”.
Qeyd edək ki, “Real” və “Liverpul” arasındakı ÇL-in final oyunu bu gün Bakı vaxtı ilə saat 22.45-də başlanacaq.
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı
Tuhel bunu bacaran ilk alman məşqçidir
İngiltərə kubokunun formatı dəyişir
"Zaqatala"nın qələbəsi - Video
"Qusar"dan darmadağın
"İmişli" xal itirdi, liderdən qələbə
"Arsenal"ı nokaut etmək gözəl idi"
Ayşən Abduləzimova Macarıstan çempionu oldu
Arda Güler "Sevilya"ya rədd cavabı verdi
Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik
Bellinqem: "Oyunun sonunda ayaqlarım ölmüşdü"
Tovuz ilk dəfə avrokubok oyununu qəbul edə bilər
Azərbaycanı Avropa çempionatında təmsil edəcək şahmatçılar
Arteta: "Çempionlar Liqasında oynamağı öyrənməliyik"
"Narazılıq olub, təhqir olmayıb"
Noyerdən yeni rekord
AFFA-dan hakimi təhqir edən futbolçuya cəza
"Qəbələ"nin meneceri cəzalandırıldı
AFFA-dan cəza və cərimələr
"Roma" De Rossi ilə bağlı qərarı rəsmən açıqladı
Ançelotti: "Mərhələ adlayacağımıza əmin idik"
Azərbaycan U-17 millisi İnkişaf turnirində iştirak edəcək
Avrokubokun oyunları bu kanallarda
Qvardioladan məğlubiyyət şərhi
Dembele, Valverde, Kimmix, Brandt...
"Real"ın yarımfinala penaltilərlə yüksəldiyi oyun - Video
"Bavariya" və "Real" yarımfinalda
UEFA inspektoru "Turan Tovuz"un stadionuna baxış keçirdi
Bundesliqanın ən yaşlı futbolçusu karyerasını başa vurur
"Roma"nın müdafiəçisi "Milan"a qarşı oynamayacaq
Kvaratsxeliya "Napoli"nin məşqini buraxdı
MOİK-ə 3 xal qazandıran qollar - Video
"Barselona"nın futbolçusu: "Çox peşmanam"
"Şamaxı"nın 6 qolu - Video
"Şamaxı" və MOİK-dən qələbə
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qalıb
ÇL-in oyunlarını göstərəcək kanallar
"İmişli"nin şikayəti qismən təmin olundu
"Real"dan zəng gələndə iki dəfə düşünmədim"
1-ci liqanın mərkəzi oyunu FİFA referisinə tapşırıldı
Gündoğan: "Hakim penalti verməli idi"