“Çoxdandır bu cür təklif gözləyirdim” – Aftandil Hacıyev

“Çoxdandır bu cür təklif gözləyirdim” –  Aftandil Hacıyev
ÖLKƏ FUTBOLU 25 May 2018 / 17:05 7214
-  A +

“Səbail”in yeni baş məşqçisi Aftandil Hacıyevin Qol.az saytına müsahibəsi

- Təyinatınızla bağlı fikirlərinizi bilmək istərdik. “Səbail”dən nə vaxt təklif aldınız?

- Dünən klub tərəfindən təklif gəldi. Düşünmədən razılıq verdim. Çünki çoxdandır bu cür təklif gözləyirdim. Bu gün müqavilə imzaladım. Rəhbərliklə fikirlərimiz üst-üstə düşdü. Mehriban kollektiv formalaşdırmaq istəyirik. Eyni zamanda yaxşı oyun sərgiləməyə çalışacağıq.

- U-21 millimizdə məşqçi kimi fəaliyyət göstərirsiniz. İki işin öhdəsindən gəlmək çətin olmayacaq?

- Bunlar barədə hələ qəti fikir bildirə bilmirəm. Təbii ki, sırf “Səbail”dəki işimlə məşğul olacam. Yəqin ki, klubla danışıqlardan sonra digər məsələlər də həllini tapacaq. Böyük ehtimalla millidən ayrılmalı olacam.

- Ötən mövsüm “Səbail” Premyer Liqamızda debüt edirdi və buna görə komandanın qarşısına böyük hədəflər qoyulmamışdı. İndi rəhbərlik baş məşqçidən nə tələb edir?

- Rəhbərliklə qısa söhbətimiz oldu. Ən vacib məsələ odur ki, yaxşı kollektiv formalaşdıraq. Çatışmayan cəhət kimi önümüzdə çox iş var. Mehriban kollektiv formalaşdırmaq asan məsələ deyil. Hazırda ilk işimiz bundan ibarət olacaq. Ancaq gedişat nəyi göstərəcəksə, ona uyğun da hədəflərimiz olacaq.

- Komanda ilə tanış olmusunuz?

- Hələ yox. Ancaq rəhbərliklə görüşüm olub. Komanda üzvləri istirahətdən gələndən sonra söhbətimiz olacaq.

- Komandadan kimləri göndərəcəyinizi müəyyənləşdirmisiniz?

- Gəlin, tələsməyək. Mən hələ bilmirəm komandada vəziyyət necədir. Futbolçular bir araya gələndən sonra hər şeyə aydınlıq gələcək.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər