Fariz Nəcəfov “Guardian”ın xəbərini təkzib etdi

Fariz Nəcəfov “Guardian”ın xəbərini təkzib etdi
XƏBƏR 12 May 2010 / 15:46 1948
-  A +

“Toni Adams istəmədiyi üçün onunla bağladığımız müqavilənin məbləğini açıqlaya bilmərik. Sadəcə onu deyə bilərəm ki, İngiltərə mətbuatının yazdığı kimi, ona ildə 1 milyon funt sterlinq verəcəyimiz haqda məlumat həqiqətə uyğun deyil. Bu məbləğ çox şişirdilib”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov deyib.
Qeyd edək ki, İngiltərənin məşhur “Guardian” nəşri “Qəbələ” rəhbərliyinin yeni baş məşqçisinə ildə məhz 1 milyon funt sterlinq verəcəyi haqda məlumat yayıb. Lakin vitse-prezidentin sözlərinə görə, ingilis həmkarlarımızın yazdığı 1 milyon və hətta ondan da artıq məbləğ Azərbaycan reallığına, futbolumuzun inkişaf səviyyəsinə uyğun gəlmir.


Son xəbərlər