Ukraynada "Liverpul" azarkeşlərinə hücum - Şəkillər

Ukraynada "Liverpul" azarkeşlərinə hücum - Şəkillər
DÜNYA FUTBOLU 25 May 2018 / 12:56 4493
-  A +

Çempionlar Liqasının finalına "Real" - "Liverpul" görüşü öncəsi insident yaşanıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, dünən gecə qarşılaşmanın keçiriləcəyi Kiyevdə restoranların birində maskalı şəxslərdən ibarət 20 nəfərlik qrup final görüşün izləməyə gələn "Liverpul" azarkeşlərinə hücum ediblər. Onlar “Liverpul” azarkeşlərinə stol, stul, qab-qacaq atmağa başlayıblar. Nəticədə ingilis azarkeşləri başdan və boğazdan ciddi xəsarət alıblar.

Polis maskalı şəxslərdən birini saxlayıb.

Qeyd edək ki, "Real" - "Liverpul" görüşü sabah keçiriləcək.










Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər