Paulius Qribauskas: ""Neftçi" çox böyük klubdur, amma, nədənsə… "

Paulius Qribauskas: ""Neftçi" çox böyük klubdur, amma, nədənsə… "
XƏBƏR 12 May 2010 / 15:06 1814
-  A +

«Təəssüf ki, bu mövsüm bizim üçün uğursuz oldu.Mükafatçılar sırasından kənar qalmaqla yanaşı, avrokuboklara yollanmaq şansımızı da itirdik. Açığı, uğursuzluğun səbəbini bilmirəm. "Neftçi" çox böyük klubdur, amma, nədənsə, bu mövsüm bizdə alınmadı". Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin litvalı qapıçısı Paulius Qribauskas komandanın son durumu ilə bağlı klubun rəsmi saytına fikirlərini bildirirkən deyib. «Flaqman»dan 9 legioner uzaqlaşdırılsa da, rəhbərlik 26 yaşlı litvalını heyətdə saxlamağı məqsədəuyğun sayıb: "İndi məsuliyyətim artıb, üzərimə bir qədər də çox yük düşür. Çünki rəhbərlik mövsümün sonunda mənə yenə etimad göstərdi. Qarşıdakı çempionatda bu etimadı doğrultmağa, rəhbərliyin və məşqçi kospusunun mənimlə bağlı qərar verərkən yanılmadıqlarını göstərməyə çalışacağam. "Neftçi"də yaradılan şərait göz qabağındadır. Burada iş peşəkar şəkildə qurulub, hər şey yaxşı gələcəkdən xəbər verir. Prezident Sadıq Sadıqov hər gün komandanın durumu ilə maraqlanır, futbolçularla söhbətləşir, Azərbaycan futbolunun flaqmanı olan "Neftçi"nin adını, imicini qorumağın vacibliyini deyir. Ümidvaram ki, görülən işlər ən yaxın gələcəkdə öz müsbət nəticəsini verəcək".

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord