Arda Turanın cəzası azaldıldı

Arda Turanın cəzası azaldıldı
XƏBƏR 24 May 2018 / 17:39 3971
-  A +

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Başakşəhər"in futbolçusu Arda Turanın cəzasını azaldıb.

Qol.az-ın TFF-nin saytın istinadən yaydığı xəbərə görə, türk yarımmüdafiəçiyə verilən 16 oyunluq cəza 10-a endirilib.

Qeyd edək ki, Türkiyə Superliqasının 32-ci turunda “Sivasspor”la oyunda hakimə qarşı intizamsız hərəkət edən A. Turan 16 oyunluq cəzalanmışdı. 31 yaşlı futbolçuya yan xətt hakimini itəlidiyi üçün 10, onu ölümlə hədələdiyi və təhqir etdiyi üçün isə 6 oyunluq cəza verilmişdi.

Əlavə edək ki, A.Turana verilən 39 min lirə cərimədə heç bir dəyişiklik edilməyib.


Son xəbərlər