"Valensiya" Kondoqbianı birdəfəlik aldı

"Valensiya" Kondoqbianı birdəfəlik aldı
XƏBƏR 24 May 2018 / 17:02 2162
-  A +

"Valensiya" "İnter"in futbolçusu Joffre Kondoqbianı birdəfəlik transfer edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 25 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. İspaniya təmsilçisi fransalı oyunçuya 80 milyon avro qiymət qoyub.

İspaniya mətbuatı bu transfer üçün "Valensiya"nın 25 milyon avro ödədiyini yazıb.

Qeyd edək ki, J.Kondoqbia ötən mövsümdən "Valensiya"da icarə əsasında çıxış edirdi.


Son xəbərlər