“Qəbələ”nin yeni baş məşqçisinin köməkçiləri kimlər olacaq?

XƏBƏR 12 May 2010 / 15:07 1841
-  A +

“Qəbələ”nin yeni baş məşqçisi Toni Adamsa komandanın hazırkı çalışdırıcısı Ramiz Məmmədovla yanaşı bu günlərdə “Qarabağ”dan ayrılan Fatih Kavlak və Qari Stivens yardımçı olacaq. Qol.Az-ın məlumatına görə, 30 mart 1962-ci ildə anadan olan Qari öz peşəkar futbol karyerasına “Brayton və Xouv Albion” FK-da başlayıb. Ö, öz debütünü İngiltərənin ən yüksək diviziyasında 17 yaşında olarkən edib. “Tottenhem Hotspur” FK-ya transfer edilməzdən öncə o, 1984-cü il İngiltərə Kubokunun finalında “Mançester Yunayted”ə qarşı keçirdiyi oyunda “Qarşılaşmanın oyunçusu” adını almışdır. 
“Spur” komandasında keçirdiyi ilk mövsüm zamanı o, “Anderlext”in qapısından penalti zərbəsini keçirməklə UEFA kubokunu qazanıb. İngiltərə yığması ilə birlikdə o, 21 yaşlılar arasında Avropa çempionluğunu qazanıb. İngiltərə millisinin tərkibində o, Meksikada 86 Dünya Çempionatında da çıxış edib.
Zədə ucbatından futbol karyerasını vaxtından əvvəl dayandıran  Qari məşqçi karyerasına başlayıb və UEFA-nın A dərəcəli məşqçi lisenziyasına sahibdir.
Fatih Kavlak isə 1974-cü il iyunun 13-də anadan olub. Məşqçi karyerasına 2000-ci ilin dekabrından başlayıb. Fatih UEFA-nın 18 oyununda, Türkiyə və Azərbaycanın 210 liqa oyununda iştirak edib. Kavlak Orta Şərq Texniki Universitetinin fiziki hazırlıq üzrə məşqçi fakültəsini bitirib (1999), B dərəcəli məşqçi lisenziyası alıb (1999), Türk Futbol Federasiyasının A dərəcəli (2004) və UEFA-nın A dərəcəli məşqçi lisenziyasına yiyələnib(2009).Fatih 3 il Türk həvəskar liqasında 100 YIL Barişspor komandasının baş məşqçisi vəzifəsində çalışıb, daha sonra 2002-ci ilin Sentyabrından 2004-cü ilin Noyabrına kimi Türk Super Liqasının Kocaelispor, Malatyaspor, Trabzonspor kimi komandalarında məşqçi vəzifəsində çalışıb. 2005-ci ilin Yanvarından 2007-ci ilin Oktyabrınadək Fatih Kavlak  Genclerbirliği, Malatyaspor və Trabzonspor kimi türk klublarında köməkçi məşqçi kimi fəaliyyət göstərib. Onun son təyinatı 2009-cu lin iyulunda olub. O, Azərbaycan Premyer Liqasının “Qarabağ” Futbol klubunda köməkçi məşqçi vəzifəsinə təyin edilib və bir neçə gün öncə ağdamlılarla yollarını ayıraraq “Qəbələ”də fəaliyyətini davam etdirməyə qərar verib.


 


Son xəbərlər