Millimizin oyununun hakimləri bəlli oldu

Millimizin oyununun hakimləri bəlli oldu
XƏBƏR 24 May 2018 / 12:30 1872
-  A +

20 yaşadək futbolçulardan ibarət Azərbaycan və Makedoniya millilərinin yoxlama oyununun hakimləri müəyyənləşib.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Bakıda keçiriləcək matçı Rəhim Həsənov idarə edəcək. Onun köməkçiləri Mübahiz Haşımov və Namiq Hüseynov olacaq. Dördüncü hakim funksiyasını Nail Nağıyev yerinə yetirəcək.

Qeyd edək ki,  “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Makedoniya görüşü bu gün saat 19:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı