Arif Əsədov: "Qarabağ"la görüşdə gənclərə üstünlük verəcəyik"

Arif Əsədov: "Qarabağ"la görüşdə gənclərə üstünlük verəcəyik"
XƏBƏR 12 May 2010 / 13:18 1746
-  A +

"Bildiyiniz kimi, "Qarabağ"la matç bizim üçün formal xarakter daşıyacaq. Artıq avroliqaya vəsiqə qazanmaq şansımız da qalmayıb. Buna baxmayaraq, həmişə olduğu kimi, meydana qələbə üçün çıxacağıq". Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Arif Əsədov klubun rəsmi saytına açıqlamasında deyib.

Unibank Premyer Liqasının son turu çərçivəsində "Qarabağ"la görüşə ciddi hazırlaşdıqlarını bildirən təcrübəli çalışdırıcı heyətlə bağlı fikirlərini açıqlayıb: "Cari mövsümdə etimadı doğrultmayan əksər legionerləri komandadan uzaqlaşdırmışıq. "Qarabağ"la görüşdə əsasən gənc, yerli futbolçulara üstünlük verəcəyik. Onların özlərini göstərmələrinə imkan yaradacağıq. Azarkeşlər elə düşünməsinlər ki, son oyunumuz olduğuna görə, qələbə qazanmaq niyyətimiz yoxdur. "Neftçi" Azərbaycan futbolunun flaqmanıdır. Mövsümün istənilən vaxtında biz yalnız qələbə haqqında fikirləşirik".

Qeyd edək ki, "Neftçi" - "Qarabağ" matçı mayın 15-də saat 17:15-də başlanacaq.
 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın