İquain gedir, Morata gəlir?

İquain gedir, Morata gəlir?
XƏBƏR 23 May 2018 / 01:30 5345
-  A +

“Yuventus” yayda hücum xəttində dəyişiklik etməyi planlaşdırır.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, Turin klubunun baş məşqçisi Massimiliano Alleqri rəhbərliyə bildirib ki, nəinki Mario Mandjukiç, eləcə də Qonsalo İquain və Paulo Dibalanın satılmasına razıdır.

Hazırda daha real görünən Qonsalo İquainin komandadan gedişidir. Belə ki, argentinalı forvardın “Çelsi”nin hücumçusu Alvaro Morata ilə dəyişdirilməsi mümkündür. Bu keçidin baş tutub-tutmaması Antonio Kontenin London klubunda qalıb-qalmamasından da asılıdır.

“Yuventus”un maraq dairəsində olan digər futbolçusu isə “Fiorentina”nın hücumameyilli xavbeki Federiko Kezadır.

Qeyd edək ki, “Qoca Sinyora” 20 yaşlı futbolçu üçün 60 milyon avro ödəməyə hazırdı.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord