Nazarovun komandası 2-ci Bundesliqada qaldı

Nazarovun komandası 2-ci Bundesliqada qaldı
XƏBƏR 22 May 2018 / 22:10 3666
-  A +

Almaniya 2-ci Bundesliqasının düşmə qrupunda cavab oyunu keçirilib.

Qol.az-ın məlumatına görə, mövsümü 16-cı pillədə başa vuran “Erzgebirge” öz meydanında 3-cü Bundesliqanı 3-cü pillədə tamamlayan “Karlsrue” ilə qarşılaşıb.

Matç millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge”nin 3:1 hesablı qələbəsi ilə tamamlanıb. Nazarov sabiq komandasına qarşı oyunda 71-ci dəqiqədə meydana çıxıb.

Komandalar arasında keçirilən ilk görüşdə hesab açılmamışdı. İki oyunun nəticəsin görə, “Erzgebirge” gələn mövsüm 2-ci Bundesliqadakı yerini təmin edib.


Son xəbərlər