Toni Adams: “Biz Azərbaycan futbolunda inqilab etmək istəyirik”

Toni Adams: “Biz Azərbaycan futbolunda inqilab etmək istəyirik”
ÖLKƏ FUTBOLU 12 May 2010 / 12:15 2613
-  A +

Məşhur ingiltərəli futbol mütəxəssisi Toni Adams «Qəbələ» klubunun yeni baş məşqçisi kimi ilk açıqlamasını verib. Qol.Az-ın məlumatına görə, bu gün keçirilən mətbuat konfransında o deyib ki, İngiltərənin «Portsmut» klubundankı işindən sonra dürüst adamlarla işləmək qərarına gəlib. «Tale Heydərov və klubun digər rəsmilərilə görüşdən sonra məhz belə insanlarla qarşılaşdıgıma əmin oldum. Çox həyəcanlıyam. Böyük intizarla fəaliyyətə başlayacağım günü gözləyirəm. Hələlik «Qəbələ»nin cəmi iki oyununu görmək imkanım olub. «Qəbələ»nin heyəti baxımından rahatam. Hiss edirəm ki, burada hər şey mütəşəkkil qaydada təşkil olunub. Yerli resurslara da böyük önəm verəcəyik. Mən böyük həvəslə qeyd etmək istərdim ki, Azərbaycanda yeni futbol tarixinin yazılmasında pay sahibi olmaq istəyirik. Bu məqsədlə səylərimizi birləşdirəcəyik. Ingiltərədə bu yolu qət etmişəm. Azərbaycanda da bu yolu keçmək maraqlı olacaq. Bizim yolumuz tərəqqi və inqilabdır. «Qəbələ»nin önündə geniş üfüqlər acılıb. Biz də bu yolla irəliləməyə hazırlaşırıq» - deyə T.Adams bildirib.

 

Daha çox


Son xəbərlər