Rəşad Sadıqov kuboku qaldırmaqdan niyə imtina edib?

Rəşad Sadıqov kuboku qaldırmaqdan niyə imtina edib?
ÖLKƏ FUTBOLU 22 May 2018 / 13:29 5677
-  A +

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov növbəti dəfə nümunəvi hərəkəti ilə diqqət çəkib.

Qol.az-ın məlumatına görə, 34 yaşlı müdafiəçi dünən Topaz Premyer Liqanın 2017-2018 mövsümünün sonuncu - 28-ci turunun "Qəbələ" ilə oyunundan sonra keçirilən mükafatlandırılma mərasimində komanda yoldaşı Riçard Almeydaya jest edib.

Tədbirin aparıcısına yaxınlaşan futbolçu ondan Riçard Almeydanı fəxri tribunaya dəvət etməsini istəyib. "Qarabağ"ın kapitanı olaraq kuboku başı üzərinə qaldırmalı olan Rəşad bu vəzifəni Ağdam klubunda son oyununu keçirən Almeydaya həvalə edib. Nəticədə kubok braziliyalı futbolçuya təqdim olunub. Kapitanın bu hərəkətindən göz yaşlarını güclə saxlayan Riçard da öz növbəsində "Qarabağ"dakı son titulunu başı üzərinə qaldırıb.

Qeyd edək ki, "Qarabağ"la başa çatan müqaviləsini yeniləməyən Almeyda 6 illik Azərbaycan karyerasından sonra Ağdam klubundan ayrılıb.



Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın