Pelleqrini yenidən Premyer Liqada - rəsmi

Pelleqrini yenidən Premyer Liqada - rəsmi
DÜNYA FUTBOLU 22 May 2018 / 12:13 2943
-  A +

"Vest Hem"in yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Devid Moyesin istefaya göndərilməsindən sonra boş qalmış baş məşqçi vəzifəsinə Manuel Pelleqrini təyin edilib. Çilili mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Britaniya mətbuatı M.Pelleqrinin ilinə 7 milyon funt sterlinq qazanacağını yazıb.

Qeyd edək ki, M.Pelleqrini bundan əvvəl Premyer Liqada "Mançester Siti"ni (2013-2016-cı illər)çalışdırıb. Onun son iş yeri “Xebey Çayna Fortun” (Çin) olub.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın