Tale Heydərov: «Toni Adamsın rəhbərliyi altında böyük uğurlara imza atacağımıza inanıram"

Tale Heydərov: «Toni Adamsın rəhbərliyi altında böyük uğurlara imza atacağımıza inanıram"
XƏBƏR 12 May 2010 / 12:26 2202
-  A +

«Qəbələ» futbol klubu 2005-ci ildə yaranıb. Biz Azərbaycan çempionatında hələ mükafatçılar sırasına düşə bilməsək də, müəyyən nailiyyətlərimiz var. Tarixdə Qəbələ şəhərində futbol olmadığı halda biz ora futbol gətirdik və indi bu bölgədə futbola böyük maraq var». Bu sözləri «Qəbələ» klubunun prezidenti Tale Heydərov bu gün keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, əsas məqsədləri «Qəbələ»ni peşəkar və uzunmüddətli inkişaf mərhələsinə çatdırmaqdır: «Mən bu yolda usaq futbolunun inkişafına xüsusi önəm verirəm. Bunu nəzərə alaraq, futbol akademiyasını yaradan ilk klub olduq. Bura başda Əli Yavaş olmaqla  «Qalatasaray»dan məşqçilər heyətini dəvət etdik. Ustundən 1 il kecsə də, qərarımızdan məmnununq. Bildiyiniz kimi, U-13, U-15 və U-17 liqalarında «Qəbələ» mükafatçılar sırasında yer almaqdadır. Bizim usaq komandalarından yeddi nəfər aşağı aş qrupları üzrə millilərə çağırılır, daha on nəfər isə orada oynamağa namizəddir. Bu yaxınlarda Türkiyədə keçirilən beynəlxalq turnirdə «Qəbələ» ən ümudverici komanda adını qazanaraq vətənə döndü». T.Heydərov bildirib ki, əsas məqsədləri peşəkar səviyyədə inkişafa nail olmaqdır: «Bugunkü tədbirdə yeni loqomuzu, stadionumuzu, yeni veb saytımızı təqdim edəcəyik. Qısaca olaraq onu deyim ki, bütün bu yenilikləri peşəkar səviyyədə həyata keçirmək üçün
Alastair Savyerimuttonu dəvət etmişik. O, uzun müddət İngiltərənin «Everton» komandasında işləyib. Ümid edirik ki, bizə də böyük uğurlar qazandıracaq».

Tale Heydərov 4 il "Qəbələ"nin baş məşqçisi olmuş Ramiz Məmmədova təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Eyni zamanda o, yeni baş məşqçi Toni Adamsın rəhbərliyi altında komandanın böyük uğurlara imza atacağına inandığını deyib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord