Zeynal Məmmədov: «Xəzər Lənkəran»la danışıqlara getməyimiz haqda deyilənlər boş söhbətlərdir»

Zeynal Məmmədov: «Xəzər Lənkəran»la danışıqlara getməyimiz haqda deyilənlər boş söhbətlərdir»
ÖLKƏ FUTBOLU 12 May 2010 / 11:30 2279
-  A +

«Bakı» klubunun baş meneceri Zeynal Məmmədov komandasının Unibank Premyer Liqasının sonuncu turunun «Xəzər Lənkəran»a qarşı oyununda bilərəkdən udazacağı haqda dolaşan fikirlərə münasibət bildirib.
Lənkəran klubu «Bakı»nı məğlub etsə, o zaman ikinci dəfə Azərbaycan çempionu olacaq. Oyun heç-heçə və ya «Xəzər Lənkəran»ın məğlubiyyətilə nəticələnəcəyi, «Qarabağ» və «İnter»in isə qələbə qazanacağı halda sonuncu iki klub çempionluq adı uğrunda «qızıl oyun»da mübarizə aparacaq.
Zeynal Məmmədov «Çempion-Azərbaycan» qəzetinə verdiyi açıqlamada «Bakı»nın çempionluq şanslarının xeyli çətin olduğunu deyib: «Bilirsiniz ki, «Bakı»nın həm çempionluq, həm də kubok şansları davam edir. Ancaq açığını deyim ki, çempionluğu qazanmağımız çox çətin görünür. Son turda «Xəzər Lənkəran»la səfərdə üz-üzə gələcəyik və mütləq qələbə qazanmalıyıq. Ancaq bu qələbəni qazansaq belə, taleyimiz öz əlimizdə deyil».
Z.Məmmədov «Xəzər Lənkəran»la gizli sövdələşməyə gedəcəkləri haqda iddialara isə sərt reaksiya verib: «Xəzər Lənkəran»la danışıqlara getməyimiz haqda səslənənlərin hamısı boş söhbətlərdir. Belə fikirlər yayırlar ki, guya biz çempionluğu «Xəzər Lənkəran»a verəcəyik, onlarda kuboku bizə. Yenə deyirəm, tamamilə əsassız və boş söhbətlərdir. «Bakı» heç vaxt belə oyunlara getməyib və getməyəcək də. Biz meydançaya şəffaf oyun üçün çıxacağıq. Güclü olsaq, qalib gələcəyik, zəif olsaq, məğlub olacağıq». 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı