"Harada oynayacağımı hələ bilmirəm" - Ramil Şeydayev

"Harada oynayacağımı hələ bilmirəm" -  Ramil Şeydayev
GÜNDƏM 22 May 2018 / 00:01 4706
-  A +

“Çempion olduğumuz üçün şadam. Düzdür, burada çox oynamadım. Amma daha yaxşı səviyyədə olmaq üçün bundan da da çox işləyəcəm. Qızıl medalın qazanılmasında əməyi olan hər kəsə təşəkkür edirəm”.

Qol.az-ın xəbərinə görə, bunu “Qarabağ”ın futbolçusu Ramil Şeydayev Topaz Premyer Liqanın 28-ci turunda “Qəbələ”yə qalib gəldikləri oyundan (1:0) sonra jurnalistlərə açıqlamasında deyib.

Millimizin üzvü qol vurmaqda çətinlik çəkməsi barədə danışmaq istməyib: “Şərhsiz. Bu, sizin şəxsi mövqeyinizdir”.

Şeydayev hələlik "Qarabağ"da qalıb-qalmayacağını bilmədiyini qeyd edib: "Hələ heç nədən xəbərim yoxdu. Bu barədə bir şey danışa bilmərəm. "Neftçi"dən də mənimlə əlaqə saxlayan olmayıb. Onların mənimlə maraqlandıqlarından məlumatsızam. Müqavilə üzrə məxsus olduğum "Trabzonspor"a dönmək? Baxacağıq. Hələlik, heç kimlə danışmamışam. Fikirləşəcəm. Oynamaq istəyirəm. Amma harada çıxış edəcəyimi bilmirəm”.

Şeydayev Ağdam klubundakı çıxışını da dəyərləndirib: "Burada çempion oldum. Bu, yaxşı haldır. "Jilina"nın heyətində də Slovakiya çempionu olmuşdum. Oyun planında isə az çıxış etdim. Xeyli məşq etmiş, öz üzərimdə çalışmışam. Klubuma, hər kəsə minnətdaram”.

Daha çox


Son xəbərlər