"Kəpəz"də ilk ayrılıq - rəsmi

"Kəpəz"də ilk ayrılıq -  rəsmi
XƏBƏR 21 May 2018 / 13:40 3509
-  A +

"Kəpəz"dən ayrılacaq ilk futbolçunun kimliyinə aydınlıq gəlib.

Klubdan Qol.az-a verilən məlumata görə, Gəncə təmsilçisi qış fasiləsində transfer etdiyi Dario Federiko ilə yollarını ayırıb. Braziliyalı yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib.

Futbolçunun dünən "Neftçi" ilə oyunda meydana kapitanlıq sarğısı ilə çıxması da bununla bağlı imiş. Yunis Hüseynov komandanı kapitan kimi tərk etmək istəyən Federikonun istəyini geri çevirməyib.

Qeyd edək ki, Dario 2015-2017-ci illər mövsümündə də "Kəpəz"in formasını geyinib.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı