Pedro Enrikeyə 4 ölkədən təklif var

Pedro Enrikeyə 4 ölkədən təklif var
XƏBƏR 21 May 2018 / 12:48 5108
-  A +

İcarə müqaviləsi başa çatdığı üçün "Qarabağ"dan ayrılan Pedro Enrikeyə bir neçə ölkədən təklif var.

Qol.az-ın Yunanıstan mətbuatına istinadən yaydığı xəbərə görə, müqavilə ilə PAOK-a məxsus olan braziliyalı futbolçunun xidmətində Meksika, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və öz ölkəsinin klubları maraqlıdır. Yunan klubu isə hələlik hücumameylli yarımmüdafiəçi ilə bağlı qərarını verməyib. PAOK rəhbərliyi 2020-ci ilə qədər müqaviləsi olan Enrikeni komandada saxlaya da bilər. Amma bunun üçün misirli futbolçu Amr Varda satılmalıdır. Əks halda PAOK təxminən 5 milyon avro qiymət qoyduğu Pedronu ya icarəyə verməli, ya da birdəfəlik satmalıdır.

Qeyd edək ki, "Qarabağ" Enrikeni mövsümün əvvəlində PAOK-dan 1 il müddətinə icarəyə götürmüşdü.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı