Messidən Qrizmann açıqlaması: "O, mənim xoşuma gəlir"

Messidən Qrizmann açıqlaması:  "O, mənim xoşuma gəlir"
XƏBƏR 21 May 2018 / 12:17 3855
-  A +

"Qrizmann mənim xoşuma gəlir. O, indi ən yaxşılardan biridir".

Qol.az "goal.com"a istinadən yaydığı xəbərə görə, bu sözləri "Barselona"nın hücumçusu Lionel Messi deyib.

Argentinalı ulduz futbolçu "Atletiko"nun yarımmüdafiəçisi Antuan Qrizmannın Kataloniya klubuna keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:

"Antuanın "Barselona"ya keçib-keçməyəcəyini bilmirəm. Ancaq komandamıza yaxşı futbolçular gələndə buna ancaq sevinirik. Düşünürəm ki, Qrizmann da onlardan biridir".

Qeyd edək ki, mətbuatda Messinin Qrizmanna zəng vuraraq, onu "Barselona"ya gəlməyə razı saldığı haqda məlumatlar da yer alıb.

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq