Emin Mahmudov «Saturn»da mövqeyini möhkəmləndirir

Emin Mahmudov «Saturn»da mövqeyini möhkəmləndirir
XƏBƏR 12 May 2010 / 10:50 1872
-  A +

18 yaşlı azərbaycanlı futbolçu Emin Mahmudov «Saturn» klubunda mövqeyini möhkəmləndirməkdədir. Qol.Az-ın məlumatına görə, Moskva təmsilçisinin Rusiya premyer liqasının dünən keçirilən 10-cu turunda «Tom»a qarşı matçda Mahmudov yenə komandasının əsas heyətində yer alıb.
Bununla belə, Emin də daxil olmaqla, «Saturn»un futbolçuları məğlubiyyətdən qaça bilməyiblər. Həmyerlimizin 90 dəqiqə meydanda olduğu oyunda «Saturn» 1:2 hesabı ilə məğlub olub.
Hazırda aktivində 7 xal olan Eminin komandası 16 komanda arasında sonuncu yeri tutur.


Son xəbərlər