"Bakı" "Xəzər Lənkəran"la oyunun hazırlığına başladı

XƏBƏR 12 May 2010 / 10:35 1589
-  A +

Unibank Premyer Liqasının XXXII - sonuncu turunda səfərdə “Xəzər Lənkəran”ın qonağı olacaq “Bakı” Futbol Klubu dünəndən etibarən qarşıdakı matçın hazırlığına başlayıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırlıq prosesində Gürşat Duymuş ististan olmaqla bütün futbolçular iştirak ediblər. Türkiyəli müdafiəçinin zədəsi hələ də davam edir. Ötən tur cəzalı olduğuna görə “İnter”ə qarşı forma geyə bilməyən Borets baş məşqçi Cüneyt Biçer tərəfindən şans qazanacağı halda, Lənkəranda meydana çıxa biləcək.

Komandanın bügünkü məşqi saat 18:00-da bazada start götürəcək.

Xatırladaq ki, “Xəzər Lənkəran” - “Bakı” oyunu mayın 15-də, saat 17:15-də Lənkəran şəhər stadionunda start götürəcək.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord