"Çempionatın son oyunu idi. Bu görüşün nəticəsi hər iki komanda üçün əhəmiyyət kəsb etmirdi. Buna baxmayaraq, qarşımıza yüksək hədəf qoymuşduq. Aşağı düşmək olmazdı. Onlar da sağ olsunlar, meydana çıxdılar və qələbə qazandılar".
Qol.az-ın məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının sonuncu – 34-cü turunun “Səbail”lə oyunundan sonra keçirilən mətbuat konfransında “Keşlə”nin baş məşqçisi Yuri Maksimov deyib. Səfərdə 1:0 hesabı ilə qalib gəldikləri qarşılaşma barədə fikirlərini açıqlayan ukraynalı mütəxəssis daha sonra jurnalsitlərin suallarını cavablandırıb.
- Sezar Meza Kolli bu gün niyə oynamadı?
- Sezarın müəyyən vaxtdır ki, zədəsi var. MRT müayinəsindən keçib, zədəsinin nə ilə bağlı olduğunu müəyyənləşdirirlər. Bizim üçün vacib oyunçudur. Çalışacağıq ki, mayın 28-nə kimi hazır olsun.
- Bəs Pərdis Fərcad-Azadı erkən əvəzləməyiniz nə ilə bağlı idi?
- Pərdis meydanda mənim dediklərimi etmirdi. Ona görə də futbolçunu əvəzləməyi lazım bildim.
- Son oyunlarda komandamız qələbə qazanır. Deyəsən, kubokda finala çıxmağınız futbolçularda özünəinam yaradıb...
- Əlbəttə, komandaya yeni futbolçular gəlmişdi.Onların bir-birinə uyğunlaşması üçün vaxt lazım idi. Digər tərəfdən, komandanın qarşısında məqsəd olmalıdır. Finala çıxmaq oyunumuza müsbət təsir göstərdi.
- Final oyunu üçün Qəbələyə nə vaxt gedəcəksiniz?
- Oyuna 1 gün yarım qalmış Qəbələyə getməyi planlaşdırırıq.
"Liverpul"da ciddi itki
Mourinyo əsəbiləşdi
Aydın finala çıxdı
“Fənərbaxça”dan xal itkisi
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib
“Neftçi” və “Difai” rəhbərliyi arasında görüş keçirildi
Liderdən qələbə, "Şəki Siti" və "Ağdaş" uduzdu
"Uduzuruqsa, bunun tək günahkarı biz futbolçularıq" - “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi
Modriç gələcəyi ilə bağlı qərar verdi
Fabio Kannavaro A seriyası klubunda
7 oyunun vaxtı məlum oldu
Con Terri və Endi Koul Premyer Liqanın Şöhrət Zalında