"Kəpəz"ə bir il də şans versələr, yaxşı olar” – Yunis Hüseynov

"Kəpəz"ə bir il də şans versələr, yaxşı olar” – Yunis Hüseynov
XƏBƏR 20 May 2018 / 20:08 2637
-  A +

"Oyun bərabər keçdi. Matça qələbə üçün çıxmışdıq. Əfsuslar olsun ki, məğlub olduq".

Qol.az-ın “sportnet.az”a istinadən yaydığıxəbərəgörə, bunu "Kəpəz"in baş məşqçisi Yunis Hüseynov evdə "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının 28-ci tur matçından sonra keçirilən mətbuat konfransında deyib. Daha sonra təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- Komandanızın qapısına vurulan ikinci qolu necə dəyərləndirərdiniz?

- Jurnalistlərə böyük hörmətim var. Onlarla sıx əlaqədə olmuşam. Amma xahiş edirəm ki, yazı yazanda fikirləşəsiniz. Bir yazı çıxmışdı, yaraşmayandır. Fikirləşib yazsalar, daha yaxşı olar. Elə çıxır ki, "Neftçi" "Səbail"i, "Qarabağ"ı udubsa, bu görüşdə rahat qalib gəlməlidir. O epizodda bir anlaşmazlıq oldu. Bu barədə dərhal nə isə fikirləşmək düzgün deyil. Futbolda belə şeylər olur. Elə bir anda qol buraxa bilərsən ki, heç kim gözləməsin. Qalib gəlmək istəyirdik. Özünüz də necə mübarizə apardığımızı gördünüz. Özüm də razı qaldım. Komandamızın birinci diviziona düşməsi iləbağlı qərar birigün verilsəydi, daha yaxşı olardı. Belədə psixoloji cəhətdən komandanı hazırlaya bilmişiksə, yenə böyük işdir.

- Premyer Liqada qalacağınıza hələ də ümidlisiniz?

- Rəhbərliklə görüşmüşəm, danışıqlarımız da olub. Ümidimiz var ki, Premyer Liqada qalaq. Gəncə Avropanın idman şəhəri elan olunub. Belə azarkeşi, təmirə başlanılan bazası olan komandaya bir il də şans versələr, daha yaxşı olar.

- Aşağı liqaya düşsəniz, komanda fəaliyyət göstərəcəkmi?

- Diviziona düşsək, komandanın olub-olmayacağı, mənim burada qalıb-qalmayacağım gələcəyin işidir. Jurnalistlərdən xahiş edərdim ki, bir qədər insaflı olsunlar.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın