"Onu yanıma çağırıb, üzr istədim" – Tərlan Əhmədov

"Onu yanıma çağırıb, üzr istədim" – Tərlan Əhmədov
ÖLKƏ FUTBOLU 20 May 2018 / 19:50 4523
-  A +

“Bugünkü oyunda 3-cü yeri tutaraq bürünc medalçı olmağımıza görə komandamı təbrik edirəm. Mən "Neftçi"yə baş məşqçi gələndə 1 xalı vardı. Çempionatı 46 xalla bitirdik. Mehriban ailə yaratdıq və bunun bəhrəsini gördük. Bu işdə bizə dəstək olan “Neftçi” ailəsini, fanatları, klubun əvvəlki rəhbərliyini, keçmiş prezident Orxan Hüseynzadəni, sabiq baş məşqçi Elxan Abdullayevi, bütün texniki heyəti, xadimədən tutmuş hamını təbrik edirəm. Bu işdə hamının əməyi vardı. Yaratdığımız mehriban ailənin sayəsində bürünc medal qazandıq. Başda fanatlar olmaqla, hamıya təşəkkür edirəm ki, ilboyu çətin günlərdə də bizə dəstək oldular. Qarşımıza məqsəd qoyulmasa da, avrokuboklara çıxdıq”.

Qol.az-ın məlumatına görə, bu sözləri Topaz Premyer Liqanın 2017-2018 mövsümünün sonuncu – 28-ci turunun “Kəpəz”lə oyunundan sonra keçirilən mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov deyib. 2:1 hesabı ilə qalib gəldikəri görüş barədə fikirlərini açıqlayan mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
 
-  İkinci hissədə meydana çıxan Qatonu əvəzləməyiniz nəylə bağlı idi?

-  Məcburi əvəzləmə oldu. Çünki müdafiəçimiz Kiril Petrov qırmızı vərəqə aldı. Qatonu əvəzlədiyim üçün yanıma çağırıb, bir neçə dəfə üzrxahlıq etdim.

-  “Neftçi”dəki gələcək taleyinizi necə görürsünüz? Yeni müqavilə təklifi olub?

-   Mənə heç bir təklif yoxdu. Mayın 31-də müqaviləm bitir, görək nə olacaq.

- Futbolçulara oruc tutmağa icazə vermişdiniz?

- Hər kəs seçimində azaddır. Heç kimə qarşı da çıxa bilmərəm, nəyisə məcbur da edə.

- Araz Abdullayevin adı “Neftçi” ilə hallanır. Siz də klubun yetirmələrini geri qaytarmaqda maraqlısınız...

- Nəinki Araz, heç bir transferdən xəbərim yoxdur (sport24.az).

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı